Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-09-2023 , 21:36

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mürsəl Eminov: “Binəqədi bələdiyyəsinin fəaliyyətinin əsas məqsədi məhəllələrdə yaradılmış abadlığın qorunub saxlanılmasına çalışmaqdır”

“Son illərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərinin müxtəlif güşələrində geniş abadlıq-quruculuq işləri aparılır, məhəllədaxili yeni yaşıllıq zolaqları salınır, parklarda əsaslı təmir işləri aparılır.  Prezidentin bu təşəbbüsünə bələdiyyələrdə dəstək verərək yaşayış məhəllələrinin abadlaşdırılmasında fəal iştirak etməkdədirlər”- bu fikirləri Belediyye.infoya Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov bildirib.

Sədrin sözlərinə görə, Binəqədi bələdiyyəsi də bu prosesdə öz töhfəsini verməkdədir. Rayonun park və məhəllədaxili ərazilərində ötən il 32, car ildə isə 34  ədəd yeni hazırlanmış oturacaq, habelə səkkiz söhbətgah quraşdırlıb. 

Rayonu əhatə edən mikrorayonlara, S.S.Axundov küçəsində və Dərnəgül yaşayış massivində həyata keçirilən bu dəyişikliklər məhəllə sakinlərini, həm uşaqları, həm də yaşlı nəslin sevincinə səbəb olub və vətəndaş məmnunluğu yaradıb.

Sədrin sözlərinə görə,  bələdiyyənin fəaliyyətinin əsas məqsədi məhəllələrdə yaradılmış abadlığın qorunub saxlanılmasına çalışmaq, habelə məişət ekologiyasının yaxşılaşdırılmasına sakinlərin məsuliyyətini artırmaqdır. 

Bələdiyyə iclasının qərarıyla proqram əsasında həyata keçirilən bu addımlar ilin sonunadək davam etdiriləcəkdir. 

Belediyye..info