Mətləb Əliyev: “Buzovna qayalıqlarında təmizliyin qorunmasına hər bir qəsəbə sakini öz töhfəsini verməlidir”
“Xəzər rayonu Buzovna bələdiyyəsi sakinlərin hər bir müraciətini diqqətdə saxlamaqla, qaldırılan problemin həllinə daim çalışır. Buzovna qayalıqlarında təmizliyin qorunmasına isə hər bir qəsəbə sakini öz töhfəsini verməlidir” - bu fikirləri adıçəkilən bələdiyyənin sədri Mətləb Əliyev bildirib.
Sədrin sözlərinə görə, qəsəbə gənclərinin müraciəti əsasında qədim Buzovna qayalıqlarında təmizliyin qorunması üçün xəbərdaredici lövhələrin vurulmasıyla bağlı müraciətinə bu günlərdə bələdiyyə iclasında baxılmışdır.
Böyük bir ərazidə tam standarta uyğun hazırlanmış lövhələr bu gün qəsəbə gənclərinin iştirakıyla ərazinin müxtəlif yerlərinə basdırılmışdır. Qeyd edim ki, layihə Əsəd Zeynalov, Şəhriyar İbrahim və digər qəsəbə gənclərinin dəstəyi ilə həyata keçirilib. Bələdiyyə sədri olaraq qəsəbəmizin fəal gənclərinə təşəkkürümüzü bildiririk.
Sədrin sözlərinə görə, vətəndaş məmnunluğunun təmin edilməsi bələdiyyə olaraq vəzifə borcumuzdur.
Qeyd edək ki, Buzovna qayalıqları ötən il ölkə başçısının göstərişiylə qanunsuz tikintilərdən təmizlənərək sakinlərin tam istifadəsinə verilmişdir.
Belediyye.info