Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-06-2023 , 19:09

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Badamdar bələdiyyəsinin maliyyə dəstəyi ilə şəhidin xatirə lövhəsinin açılışı olub

Səbail rayonu Badamdar qəsəbəsində Vətən müharibəsi şəhidi Etibar Nəcəfovun xatirə lövhəsinin açılış mərasimi keçirilib. Xatirə lövhəsi Səbail RİH-in təşəbbüsü və Badamdar bələdiyyəsinin maliyyə dəstəyi ilə hazırlanıb. Layihə çərçivəsində   köçkün məktəbində bələdiyyə tərəfindən cari təmir işləri  aparılmışdır.  

Tədbirdə Səbail RİH başçısı Vüqar Zeynalov, YAP-ın Səbail rayon təşkilatının rəsmiləri, Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov, Səbail və Laçın rayon icra hakimiyyətinin məsul işçiləri, bələdiyyə qulluqçuları,  şəhidin döyüş yoldaşları, ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səbail RİH-in təşəbbüsü ilə Badamdar qəsəbəsində olan Laçın köçkün məktəbində keçirilən tədbirdə  icra hakimiyyətinin başçısı Vüqar Zeynalov qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan və işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.

Şəhid Etibar Nəcəfovun atası Mehman Nəcəfov ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və  Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. Şəhid atası həmçinin  qəsəbədə şəhidlərin xatirə lövhələrinin açılışında qəsəbə bələdiyyəsinin xüsusi rolu olduğunu qeyd edib.

Tədbirdə hərbçi yoldaşları birgə keçdikləri döyüş yolundan danışıblar. Tədbirdə çıxış edənlər onun vətənpərvər insan olduğunu və hər zaman Qarabağ həsrəti ilə yaşadığını söyləyib.

Qeyd edək ki, Etibar Nəcəfov 14 noyabr 1998-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olub. Əslən Laçın rayonunun Şeylanlı kəndindəndir.  2017-2018-ci illərdə hərbi xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Oktyabrın 1-dən Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlıda gedən döyüşlərdə şəhid olub.

Göstərdiyi şücaətə və qəhrəmanlığa görə ölümündən sonra Etibar Nəcəfov  "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı,  "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Belediyye.info


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər