Tədbir Bibiheybət bələdiyyəsinin təşəbbüsü ilə keçirilib
"28 may Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə Bibiheybət qəsəbəsi 50 nömrəli məktəbdə tədbir keçirilmişdir"-bu fikirləri Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova bildirib.
Sədr bildirib ki, tədbir məktəbin direktoru Vəfa Əliyeva Azərbaycanın müstəqilliyi ilə bağlı rəsmi çıxışı ilə açıq elan olunmuş, şagirdlərin rəqs və səhnəcikləri ilə davam etmişdir.
Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova və qəsəbə sakini,iş adamı Xanlar Hüseynov tədbirin qonaqları olaraq çıxış edərək,məktəbin və şagirdlərin fəaliyyətlərində uğurlar diləmişlər.Sədr V.Həsənova çıxışında tədbir iştirakçılarını Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə təbrik etmiş,şagirdlərə Vətənə,Millətə,Xalqa,valideynlərə layiqli övlad olaraq yetişmələrini arzulamışdır.
Rəylər
0 Rəy