Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-05-2023 , 18:16

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

“Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq”

“Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq”

Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.

Ümummilli Liderin 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Bu münasibətlə Bibiheybət Bələdiyyə üzvləri qəsəbə sakinləri ilə birgə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilər Mərkəzin fəaliyyəti, orada yaradılmış Heydər Əliyev Muzeyində dahi Öndərin mənalı və zəngin ömür yolu və çoxşaxəli fəaliyyətinə həsr olunan maraqlı ekspozisiyalar, foto və video materiallarla tanış olub, Ulu Öndərə həsr olunan filmə baxıblar.

Həmçinin Azərbaycanın çoxəsrlik tarixi və mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi “Azərbaycan inciləri” sərgisinə maraq göstərilib. Heydər Əliyev Mərkəzi ilə tanışlıq izləyicilərdə xoş və zəngin təəssürat yaradıb.

Validə Həsənova

Səbail rayonu, Bibiheybət bələdiyyəsinin sədri