Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-05-2023 , 08:07

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Badamdar bələdiyyəsinin təşkilatçılğı ilə N saylı hərbi hissədə konsert proqramı təşkil olunub

Səbail rayonu Badamdar bələdiyyəsinin təşəbbüsü və təşkilatçılğı, habelə Badamdar qəsəbə Mədəniyyət evinin iştrakıyla  Ulu öndər Heydər Əliyevin 100 illlik yubileyi ilə əlaqədar  “N” saylı hərbi hissədə konsert proqramı təşkil olunub.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən Müharibəsində şəhid olmuş qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Konsertin aparıcısı çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib.

Badamdar qəsəbə Mədəniyyət evi  solistlərinin təqdim etdiyi  konsert proqramı əsgərlərdə xoş təəssürat yaradıb.

Sonda “N saylı” hərbi hissənin rəhbərliyi tərəfindən tədbir təşkilatçılarına  “Fəxri Fərman”lar təqdim olunub.