Hacı Əliyev: “Səbail bələdiyyəsi sakinlərin müraciətini daim diqqətdə saxlayır”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda sakinlərin rahat yaşayışını təmin edilməsi, eyni zamanda vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması məqsədilə aparılan abadlıq və quruculuq işləri uğurla davam etdirilir”- bu fikirləri Belediyye.infoya Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bildirib.
Sədrin sözlərinə görə, aparılan işlər çərçivəsində sakinlər tərəfindən edilən müraciətlər əsasında rayonun Ö.F.Nemanzadə küçəsində yeni asfalt örtüyünün çəkilməsi işləri yekunlaşmışdır.
Belə ki, sözügedən ünvanda 1700 kv.metr sahə hazır vəziyyətə gətirilərək yeni asfalt örtüyü çəkilmişdir.
Sədri bildirb ki, Səbail bələdiyyəsi sakinlərin müraciətini daim diqqətdə saxlayır.
Belediyye.info
Rəylər
0 Rəy