Zəyəm bələdiyyəsi: "Əvvəldən başlatdığımız ənənəyə sadiq qalaraq, kəndimizin hər tərəfli inkişafını təmin etməyə davam edirik"
Şəmkir rayonu Zəyəm bələdiyyəsi olaraq, əvvəldən başlatdığımız ənənəyə sadiq qalaraq, kəndimizin hər tərəfli inkişafını təmin etməyə davam edirik. Bu məqsədlə, #Sabirkənd kəndində də genişmiqyaslı təmizlik işləri həyata keçirilmişdir. Kəndimizin gözəlliyini qorumaq və sakinlərimizin daha sağlam şəraitdə yaşamasını təmin etmək məqsədilə müxtəlif ərazilərdə tullantılar yığılmış, ümumi təmizlik işləri görülmüşdür. Hər bir təmizlik işinin kəndimizin abadlığına töhfə verəcəyinə inanırıq.
Zəyəm Bələdiyyəsi
Rəylər
0 Rəy