İsmayıllı bələdiyyəsinin kollektivi şəhid ailələrini ziyarət edib
İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev, bələdiyyə üzv və qulluqçularının iştirakı ilə Vətən müharibəsində mərdliklə döyüşərək qəhrəmanlıq zirvəsinə yüksələn bir qrup şəhid ailələri ilə evlərində görüşmüş və onları qayğıları ilə maraqlanmışdır.
Bələdiyyə sədri şəhid ailələrinin problemləri ilə maraqlanıb, onlara bundan sonra da bələdiyyə tərəfindən yüksək diqqət və qayğı göstəriləcəyini bildirmişdir.
Görüş zamanı şəhidin valideyinləri onlara göstərilən dəstək və diqqət üçün ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildiriblər.
Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Bələdiyyədən bildiriblər ki, şəhid və qazi ailələri ilə göüşlər bundan sonra da davam edəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy