Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-06-2024 , 19:09

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elman Xəlilov: “İlisu bələdiyyəsinin əsas vəzifəsi büdcə gəlirlərini artırmaqla sakinləri qaldırdığı problemlərin həllinə operativ şəkildə  nail olmaqdır"

“2023-cü il İlisu bələdiyyəsi üçün uğurlu il olmuş, bir çox layihələr həyata keçirilmişdir” – bu fikirləri Belediyye.infoya Qax rayonu İlisu bələdiyyəsinin sədri Elman Xəlilov deyib.

Ötən il ərzində bələdiyyənin ümumi büdcə gəlirlərinin həcmi  59.240 manat olub.

Sədr bildirib ki, ümumiyyətlə 2023-cü ilin gəlirləri aşağıdakı kimi olmuşdur:  torpaq  vergisi 17908 manat, əmlak    vergisi 1.996 manat,  torpaq   satışı 21.996 manat,  icarə      haqqı 9.951 manat,  səyyar xidməti 1550 manat, dotasiya 1.970 manat,  mehmanxana rüsumlarından 3.700 manat əldə edilib.

Ümumilikdə il ərzində çoxsaylı layihələr həyata keçirilmiş, abadlıq-quruculuq işləri, bələdiyyəni əhatə edən kəndlərimizin imkansız ailələrinə yardımlar olunmuşdur. Həmçinin il ərzində şəhid ailələrinə, qazilərə, veteranlara lazımı bələdiyyənin imkanı daxilində köməkliklər olunmuşdur.

Əldə edilən vəsait hesabına  hər üç kənd ərazisində məişət tullantıları üçün zibil quyuları qazılmasına 2.300 manat,  hər üç kənddə abadlıq işləri və Ağçay baxçasına telefon xətti kabel yenilənməsinə 450 manat,  İlisu və Ağçay  məktəblərinin təmiri 1050 manat,  hər üç kənddə yolkənarı və qəbiristanlıqların alaq otlarından  təmizlənməsi 650 manat,  az təminatlı ailələrə yardım  1850 manat,  üç şəhid ailəsinə yardım 900 manat,  dörd aztəminatlı ailə övladları üçün məktəbli forması  350 manat,  doqquz nəfər Vətən müharibəsi qazisinə 650 manat ayrılıb.

Elman Xəlilov bildirib ki, bütün hallarda İlisu bələdiyyəsinin əsas vəzifəsi büdcə gəlirlərini artırmaqla sakinləri qaldırdığı problemlərin həllinə operativ şəkildə  nail olmaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər