Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-04-2024 , 20:00

1473

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Kəndin üç küçəsinə şəhdin adı verilmişdir ”


“Şəhidlərin adının əbədiləşdirilməsi, habelə onlara qayğı və diqqətin göstərilməsi daim Tüntül Bələdiyyəsinin diqqət mərkəzindədir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Günel Ağayeva bildirib.

Bu günlərdə Tüntül Bələdiyyəsinin təşəbbüsü ilə kəndin üç küçəsinə şəhid Rüstəm Atakişiyev, İlyas Məsimov və İlham Abdullayevin  adı verilərək, küçəboyu şəhid adını bildirən lövhələr  vurulmuşdur.

Əlavə edək ki, Tüntül kəndində bir nəfər Vətən Müharibəsi Qəhrəmanı (Səxavət Baxışov) və Milli Qəhrəmanı (İntiqam Atakişiyev) və  bir nəfər Azərbaycan Bayrağı ordenli  (Maarif Nuriyev) sakini var.

Vətən müharibəsi dövründə isə kəndin on üç nəfər sakini Müşviq Murtuzov,  İlham Abdullayev, Mahir Atayev, İlyas Məsimov,  Vəliyəddin  Məmmədov, Eldəniz Xurşudov,  Əfqan Seyidməmmədov, Tofiq Rəhmanov, İsmayıl Kərimov, Tapdıq Ağayev, Rüstəm Atakişiyev, Tamerlan Soltanbəyli və Əfqan Ağayev şəhid olub.

***

Tüntül Bələdiyyəsi bununla yanaşı daha bir sosial layihəni icra edib. Bələdiyyə iclasının qərarıyla kəndin ərazisində hər iki valideynini itirmiş Nuranə Qəhrəmanlını  ailə həyatı qurması ilə əlaqədar təbrik edərək, bələdiyyə adından  məişət texnikasını (ətçəkən maşın  və tozsoran)  hədiyyə etmişlər.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
42