Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-07-2025 , 20:26

577

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran Bələdiyyəsində bələdiyyə üzvlərinə üzvlük vəsiqələri təqdim edilib

Bu gün Şabran Bələdiyyəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq, bələdiyyə üzvlərinə rəsmi üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib.

Tədbir zamanı çıxış edən Bələdiyyə sədri Fidan Fərzəliyeva, üzvlük vəsiqələrinin təqdim edilməsinin yalnız rəsmi bir prosedur deyil, eyni zamanda üzvlərin daşıdığı məsuliyyətin və göstərdikləri xidmətin rəmzi olduğunu vurğulayıb. Bildirilib ki, vəsiqələr üzvlərin hüquqi statusunu rəsmiləşdirir və onların yerli özünüidarəetmə prosesində daha fəal və səlahiyyətli şəkildə iştirakına imkan yaradır.

Qeyd olunub ki, bələdiyyə üzvlərinin fəaliyyətində əsas prioritetlərdən biri vətəndaşların müraciətlərinin operativ və səmərəli şəkildə araşdırılması, yerli əhəmiyyətli məsələlərin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsidir.

 Şabran Bələdiyyəsi olaraq qarşıya qoyduğumuz əsas məqsəd sakinlərlə birbaşa, açıq və şəffaf ünsiyyətin təmin olunması, yerli problemlərin həllində effektiv idarəetmə modelinin tətbiqidir. Bu istiqamətdə bələdiyyə üzvlərinin rolu olduqca mühümdür və təqdim olunmuş vəsiqələr bu missiyanın daha məsuliyyətlə icrasına zəmin yaradır.

Tədbirin sonunda vəsiqələr üzvlərə təqdim olunub və onlara fəaliyyətlərində uğurlar arzu edilib. 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər