Anar Abbasov tələbələrlə görüşüb
Xırdalan bələdiyyəsinin sədri Anar Abbasov Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin Mühasibat uçotu ixtisasının tələbələri ilə görüşüb. Bələdiyyə sədri görüşdə bildirib ki, istehsalat təcrübəsinin məqsədi tələbələrin təhsil müəssisəsində aldığı nəzəri biliklərini möhkəmləndirmək, onları praktiki bacarıq və səriştələrlə tamamlamaq, müstəqil və səmərəli əmək fəaliyyətinə hazırlamaq, onların gələcək karyera inkişafına kömək etməkdir.
Anar Abbasov ölkəmizin yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin hüquqi əsasları, bələdiyyənin maliyyə qaynaqları və yerli sosial məsələlərin həllində oynadığı rol barədə geniş məlumat verib. Sədr cari ilin fevral ayından etibarən Xırdalan bələdiyyəsinin gördüyü işlər, yerli məsələlərin həllində iştirakının artırılması üçün atılan addımlar haqqında da danışıb.
Anar Abbasov Xırdalan bələdiyyəsinin strukturu, qarşıda dayanan vəzifələr, qoşulduğu beynəlxalq proqramlar barədə də tələbələrə məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin Mühasibat uçotu ixtisasının tələbələri 2 iyun 2025-ci ildən 4 iyul 2025-ci ilədək Xırdalan bələdiyyəsində istehsalat təcrübəsində olub.
Xırdalan bələdiyyəsi
Rəylər
0 Rəy