600 nəfərə yaxın ailəyə qurban payları verilib
İyun ayının 6-da Müqəddəs Qurban Bayramı münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Şəhər ictimaiyyətinin iştirak etdiyi tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək Müqəddəs Qurban Bayramı münasibəti ilə təbriklərini çatdırıb. Qeyd edib ki, uzun illərdən sonra ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan torpaqlarımız azad edildikdən sonra ölkəmizin bütün bölgələrində əziz bayramlarımız böyük təntənə ilə qeyd olunur.
Sonra milli adət-ənənlərimizə uyğun olaraq Mingəçevir şəhər bələdiyyəsinin, bir çox idarə və müəssisələrin maliyyə dəstəyi ilə qurbanlıq heyvan kəsimi icra olunub. 600 nəfərə yaxın şəhid və qazi ailələrinə, həmçinin bir qrup imkansız ailələrə qurban payları verilib.
Rəylər
0 Rəy