Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-06-2025 , 18:02

797

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Təmraz Tağıyev: “Şəhid ailələrinin hər bir müraciətinə diqqət göstərmək bizim bələdiyyə olaraq mənəvi  borcumuzdur”


"Ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ailələrinə  yüksək qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir. Ancaq bu proseslərdə bələdiyyələrdə kənarda qalmamalı və maliyyə imkanları çərçivəsində  öz dəstəyini göstərməlidir. Odur ki, hər zaman Nərimanov bələdiyyəsi  bu proseslərdə aktiv şəkildə iştirak edir" - bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Bu günlərdə I Qarabağ müharibəsi  şəhidi Eldəniz İlyas oğlu  Nəbiyevin anası Simuzər Nəbiyeva bir  xahişlə bələdiyyədə qəbul olarkən, yaşadığı mənzilin dam örtüyünün dəyişdirilməsinə ehtiyac olduğunu qeyd etmişdi. 

Rayonun Elçin İsaqzadə qəsəbəsində yaşayan xanımnın mənzilinə bələdiyyənin monitorinq qrupu tərəfindən baxış keçirilmiş, müraciət bələdiyyə iclasında müzakirəyə çıxarılaraq müsbət qərar verilmişdir. 

Bu günlərdə artıq tələb olub tikinti materialları alınaraq şəhid anasının mənzilinə təhvil verilmişdir. 

Sədr bildirib ki, Nəriamov bələdiyyəsi olaraq  şəhid anası  bundan sonra da mütəmadi olaraq mənzilində ziyarət edilərək onu narahat edən məsələlərin həllinə öz dəstəyini göstərəcəkdir.

Şahid anası şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək Vətən müharibəsindəki Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söyləyib.

Təmraz Tağıyev şəhid anası ilə görüşdə  Nərimanov bələdiyyəsinin hər daim şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışaraq, bələdiyyəyə edilən  müraciətlərin hər biri bələdiyyə iclasında müsbət qarşılanaraq operatv şəkildə öz həllini tapdığını qeyd edib.

Sədr bildirb ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü  Nərimanov bələdiyyəsində işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.

Sədr daha sonra qeyd edib ki, birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir və keçirilməkdə davam edir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz