Assosiasiya rəsmiləri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Yığıncağında iştirak ediblər
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov Əbu-Dabidə keçirilən İllik İnvestisiya Yığıncağının (“AIM Congress”) 14-cü konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində səfərdə olub. Bu barədə məlumatı AŞBMA-nın və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
7-9 aprel 2025-ci il tarixli AIM Konqresin 14-cü
konfransının açılış mərasiminə BƏƏ-nin Xarici Ticarət naziri və Konqresin
prezidenti Thani Bin Ahmed Al Zeyoudinin çıxışı ilə başlayıb.
Sədr qeyd edib ki, açılış mərasiminə dövlət başçıları,
nazirlər, diplomatik nümayəndələr, o cümlədən Azərbaycan Respublikasının bir
sıra nazirliklərinin məsul vəzifəli şəxsləri qatılıblar. Konqresin bu ilki
14-cü konfransı “Qlobal İnvestisiyaların Gələcək Xəritəsinin çəkilməsi: Qlobal
İnvestisiya Landşaftının Yeni Dalğası – Yeni Balanslaşdırılmış Dünya
Strukturuna Doğru” mövzusuna həsr olunub. Konfransa 180 ölkədən olan on mindən
çox iştirakçı və minə yaxın məruzəçi qatılıb.
AŞBMA-nın sədri Təmraz Tağıyev konfrasın 3-cü günündə qlobal
rəqəmsal əməkdaşlıq üzrə şəhər merlərinin dəyirmi masasına qatılaraq panel
müzakirələrdə aktiv iştirak edib. Azad, təhlükəsiz və rəqəmsal gələcəyin təşviqində merlərin rolu
haqqında çıxış edən Təmraz Tağıyev ölkəmizin
investisiya imkanlarından, yerli idarəetəməyə yaradılan şəraitdən, ölkəmizdə yaradılmış əlverişli biznes və
investisiya mühitinə dair məlumatlar verib.
Sədr ökəmizdə ötən il
yüksək səviyyədə keçirilən COP-29 konfransının yaratdığı müsbət əks sədadan
danışaraq İnvestisiya Toplantısının ikitərəfli mədəni - iqtisadi əlaqələrin
inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının
və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin
qurulması baxımından əlverişli bir
platforma
olduğunu qeyd edib.
Daha sonra Təmraz Tağıyev iştirakçıları maraqlandıran bir sıra sualları cavablandırıb.
Rəylər
0 Rəy