Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-03-2025 , 19:27

2370

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Elektron Bələdiyyə (e-Bələdiyyə) portalının təqdimatı keçirilib

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) tərəfindən yaradılmış Elektron Bələdiyyə portalının istifadəyə verilməsinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasilarının koordinatoru Aydın Muradovun giriş sözü ilə başlayan tədbirdə ABMA-nın və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin nümayəndələri, Bakı şəhərində fəaliyyət göstərən şəhər bələdiyyələrin sədrləri və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin  sədri iştirak ediblər.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov son dövrlər bələdiyyələrdə vergi uçotunun qurulması, vergi daxilolmalarının artırılması və son birləşmədən sonra bələdiyyə institutunun nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Assosiasiya sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2023-cü il tarixli Fərmanına uyğun olaraq fiziki şəxslərin binalara görə ödəməli olduğu əmlak vergisinin ödənilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə “E-bələdiyyə” portalı yaradılıb. O həmçinin, portalın bələdiyyə xidmətlərinin vətəndaşlara əlçatanlığının təmin edilməsinə, bələdiyyə-vətəndaş münasibətlərinin yeni səviyyəyə qaldırılmasına şərait yaradacağına əminliyini bildirib.

 Daha sonra ABMA-nın təsis etdiyi Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov E-bələdiyyə portalının funksional imkanları barədə məlumat verərək qeyd edib ki, yerli vergi ödəyiciləri “E-belediyye.az” portalında qurulmuş elektron kabinetlərinə “Digital Login” servisi üzərindən müxtəlif identifikasiya vasitələri ilə daxil ola bilərlər. Vətəndaşlar elektron kabinetlərində bələdiyyədə uçotda olan vergitutma obyektləri, vergi borcunun tərkibi, ödəniş tarixçələri və bələdiyyə bildirişləri barədə ətraflı məlumat əldə etməklə yanaşı, vergi borclarını da ödəyə biləcəklər.

Bələdiyyələrlə vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaq məqsədilə portalda bələdiyyə sorğularında iştirak və bələdiyyələrə təklif vermək, məlumat uyğunsuzluğu barədə aidiyyəti bələdiyyəyə müraciət etmək imkanı yaradılıb.

Mərkəz direktoru vurğulayıb ki, ilkin mərhələdə E-bələdiyyə portalına Bakı şəhərinin Nərimanov, Yasamal, Nizami, Səbail, Xətai, Binəqədi və Nəsimi bələdiyyələri qoşulacaqdır. Digər bələdiyyələrin portala qoşulması isə mərhələli şəkildə davam etdirilməklə ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, portalın tətbiqi bələdiyyə xidmətlərinin səmərəliliyinin artmasına təkan verəcək, habelə yerli vergi ödəyiciləri öz hüquq və öhdəlikləri barədə daha məlumatlı olacaqlar.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
449

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
748

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
726

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
602

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
824

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
723