QHT-nin layihə çərçivəsində növbəti görüşü Gulluk bələdiyyəsində baş tutub
Xəbər
verdiyimiz kimi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan
Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir
innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda həyata keçirdiyi layihə çərçivəsində növbəti görüş Qax rayonu Güllük bələdiyyəsində
baş tutub.
Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov bildirib.
Sədr
bildirib ki, bu görüş QHT-nin layihə çərçivəsində keçirdiyi növbəti görüşdür.
Bundan əvvəl Qax, İlisu və Qaxbaş bələdiyyəsində üzv və qulluqçuların iştirakıyla
keçirilib.
Qax Bələdiyyəsinin
sədri Eyvaz Orucovun iştirakıyla keçrilən görüşdə ictimai birliyin sədri görüş
iştirakçılarına layihə barəsində ətraflı
məlumat verib. Təşkilat rəhbəri layihənin əsas məqsədinin bələdiyyə idarəçiliyini təkmilləşdirmək və
idarəetmə keyfiyyətini yüksəltmək, habelə bələdiyyə-vətəndaş, bələdiyyə-icra
münasibətlərinin tənzimlənməsiylə bağlı
yeni mexanizmləri müzakirə etməkdən ibarət olduğunu qeyd edib.
Görüşdə
Güllük bələdiyyəsinin sədri Fərrux Qumaşov bələdiyyənin cari il ərzində fəaliyyətinə
toxunaraq, torpaq, əmlak və icarə haqqlarında əldə edilən vəsaitin əvvəlki illərlə
müqayisədə xeyli artdığını və irəliləyişə əsasən kollektivin birgə fəaliyyəti nəticəsində
nail olunduğunu bildirib.
Ötən
il ərzində kəndarası yollara çınqıl tökülərək yayılması həyata keçirilmiş, şəhidlərin
əziz xatirəsinə həsr olunan abidə ucaldılmış və əldə olunan maliyyə vəsaitiylə
aztəminatlı ailələrlə maddi və mənəvi dəstək göstərilmişdir.
Hazırda
bələdiyyənin üzləşdiyi əsas problem bələdiyyə mülkiyyətinin sənədləşdirilməsiylə
bağlıdır.
Sədr
daha sonra qeyd edib ki, bələdiyyə mülkiyyətindən səmərəli istifadə edilməsi
üçün bələdiyyə var qüvvəsiylə çalışır.
Bununla yanaşı vergi xidmətinin əməkdaşları
bələdiyyənin büdcə gəlirlərinin sabit saxlanılması və artırılmasına daim
çalışır.
Görüşdə
layihə çərçivəsində bələdiyyənin təsis edilməsinin 25 illiyinə həsr olunan kitabların (foto-albomlar) forma və məzmunu
barəsində geniş müzakirələr aparılıb.
Görüşün
sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və iştirakçılara layihə çərçivəsində hazırlanan buklet paylanılıb.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai
birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi
ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda növbəti görüş rayonun Ləkit bələdiyyəsində
olacaqdır.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi