Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-11-2025 , 00:13

628

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Media yazır ki,daha bir icra hakimiyyətində əməliyyat keçirilib. Bu dəfə növbədə Qaradağ RİH  olub. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı başçının müavini Muradov Nadir Yədulla oğlu və  böyük məsləhətçi (memar) Qafar Abdullayev barəsində artıq həbs qəti imkan tədbiri keçirilib.  Əlavə edim ki, məlumat bu dəqiqələrdə paylaşılsa da əməliyyat dördüncü gün keçirilib.

Media yazır ki, daha bir neçə vəzifəli şəxs də  saxlanılıb.  Adlarını bilsək də, bu  vəzifəlilər hazırda dindirilmədə olduğundan, həm də rəsmi açıqlama olmadığından biz yazmırıq. Amma söhbətin ciddi olduğunu bilirik. Siyasi rəhbərin işdə qalıb-qalmaq məsələsi gündəmə gələ bilər. Cox dərinə getmək istəmirəm. Amma bu prosesin qəlpələrinin bələdiyyələri tutacağından narahatam. Çünki bəzi sədrlər öz vəzifələrini icra etmək əvəzinə az qala  rayon ərazisində tapşırıq və göstəriş verməklə, həm də digər “qara işlərin” icrası ilə məşğul idi. Maraqlıdır, indi onlar nə işlə məşğuldur, nə düşünürlər.

Kaş ki, bu proses bələdiyyələri tutmaya. Amma deyəsən qaçılmaz olacaq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
431

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
627

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
546

Nazir bu şəhərdə vətəndaşları qəbul edəcək

Gündəlik Xəbərlər
29-10-2025
574

Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür


Gündəlik Xəbərlər
20-09-2025
582