Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-09-2025 , 19:16

1904

Son xəbərlər

Bütün xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə Nazirliyi yanında İctimai şura üzvləri bələdiyyə və probasiya fəaliyyəti ilə tanış olublar

 

Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri Nazirliyin Bələdiyyələrlə iş baş idarəsində və Probasiya xidmətində olublar.

Bələdiyyələrlə iş baş idarəsində keçirilən görüşdə idarənin rəisi Elmin Həsənov sonuncu seçkilərdən sonra formalaşmış bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə metodoloji köməklik göstərilməsi, onların hüquqi maarifləndirilməsi, inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən görülən tədbirlər, bu sahədə rəqəmsal texnologiyaların tətbiqi, o cümlədən “Bələdiyyələrlə iş” informasiya sisteminin fəaliyyəti barədə məlumat verib.

Tədbirdə bələdiyyələrlə yerli əhali arasında sıx təmasların, onların fəaliyyəti barədə vətəndaşların mütəmadi məlumatlandırılmasının əhəmiyyəti qeyd olunub, təkliflər səsləndirilib.

Probasiya xidmətində keçirilən görüşdə isə xidmət rəisi Vüqar Ağayev probasiya sahəsində müasir çağırışlara uyğun aparılan islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyası, onlara göstərilən sosial-psixoloji xidmətlər, ali təhsil müəssisələri, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, eləcə də xidmətin səmərəli beynəlxalq əlaqələri barədə danışıb. Şura üzvləri, həmçinin Rəqəmsal monitorinq mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. 

Görüşlərdə İctimai şuranın üzvlərini maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb, son dövrlərdə Nazirlik tərəfindən aparılan islahatların və tətbiq olunan yeniliklərin ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsinə, şəffaflığa və vətəndaş məmnunluğuna xidmət etdiyi vurğulanıb.

Ədliyyə Nazirliyi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
319

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
486

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
689

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
514

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
718