Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-05-2023 , 08:17

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Bələdiyyələr Dövlət Vergi Xidmətindən niyə incik düşüb?

Bələdiyyələr Dövlət Vergi Xidmətindən niyə incik düşüb?

Ölkə rayonlarında poçt xidmətinin təkmilləşdirilməsi, xidmət səviyyəsinin artırılması məqsədiylə  “Azərpoct MMC” tərəfindən ciddi  islahatlara start verilib.  İslahatların əsas istiqamətini rayonlar üzrə olan poçt şöbələrinin regional sistem üzrə əvəzlənməsi təşkil edir. Bir çox istiqamətlərdə artıq proses başlayb. Əlavə edim ki, Bərdə, Şəki və Yevlax rayonlarında  əvvəlcə ciddi ixtisarların aparıldığı deyilir. Birləşdirmə ilə bağlı adıçəkilən rayonlarda hələ söhbət getsə də, Quba-Xaçmaz regionunda  prosesin başa çatdığı deyilir. Quba rayonunda fəaliyyətdə olan mərkəzi poçt rentabelli olmadığından Xaçmaz şəhərindəki poct xidmətinə birləşdirilib. 

Beləliklə, poçt xidmətinin təkmilləşdirılməsi nəticə etibarıylə bələdiyyələrin fəaliyyətinə ciddi problem yaratmağa başlayıb.

Belə ki, birləşdirmə aparıldıqdan sonra həmdə bank xidmətlərini həyata keçirən   Azərpoçt MMC-də hesabı olan bələdiyyələr  üçün yeni hesabın açılması nəzərdə tutulub. Yeni hesab isə yalnız Dövlət Vergi Xidmətinə edilən müraciətə əsasən xidmət tərəfindən verilən “bildirişdən” sonra gerçəkləşə bilər.  Dövlət Vergi Xidməti bildirişi verməkdən imtina etməsi bələdiyyələri   bu qurumdan incik salıb. Dövlət Vergi Xidmətinin əsas tələbi isə DSMF borclarıyla bağlıdır.   Yəni, DSMF borcun ödə, bildirişini al. 

Dövlət Vergi Xidmətinin bu tələbində müəyyən mənada əsas var.  Lakin bildirişin verilməməsi, bələdiyyənin maliyyə fəaliyyətini ümumiyyətlə iflic vəziyyətə salacağını da unutmaq olmaz. Sual edirəm, bank hesabı yoxdursa  vətəndaşlar vergiləri necə və hansı formada ödəyəcəklər?  Bilən varmı. 

Dövlət Vergi Xidmətinin DSMF borclarının yığılmasıyla bağlı atdığı bütün addımları qənaətbəxş hesab edirəm. Borc varsa mütləq ödənilməlidir. Lakin bələdiyyələrin büdcəsi vətəndaşın ödəyəcəyi vergi və rüsumlardan formalaşırsa bank hesabı olmadığı halda büdcə necə formaşalacaq. Ən nəhayət, DSMF-yə olan  borc necə bağlanacaq. Yəni bildirişlərin verilməsi üçün DSMF borclarının tam şəkildə ödənməsi tələbi indiki halda  yersiz və məntiqsiz görünür.

Nəzərə alaq ki, artıq Dövlət Vergi Xidməti bununla bağlı  bələdiyyə sədrlərinə ölkədən çıxışına məhkəmə vasitəsiylə “stop” qoyulmaqla yanaşı, bir çox hallarda çoxsaylı bələdiyyələrlə müqavilə bağlayaraq ödənişin konket qrafiklə ödənilməsi təmin edir. Bu proses qurum tərəfindən  ciddi nəzarətdə saxlanılır.

Qeyd edim ki, hazırda bələdiyyələrin DSMF borclarının həcmi 7 milyon manat ətrafındadır. Yeri gəlmişkən,  onu da əlavə edim ki,  DSMF borclarının həcmi 12 milyon manatdan artıq olub. Adminstrasiyanın müvafiq sektorunun, Bələdiyyərlə iş Mərkəzinin ciddi şəkildə fəaliyyəti, habelə Dövlət Vergi Xidmətinin vaxtında apardığı  tövsiyə xarakterli görüşlərdən sonra borcun həcmi azalmağa döğru getməkdədir. Bu məqamda nəzərə alaq ki, bələdiyyə sədrləri artıq prosesə nəzarət etməklə mütəmadi olaraq borcun azalması istiqamətində ciddi işlər aparır.

Quba rayonunda formalaşan 34 bələdiyyədən əldə etdiyimiz məlumata görə, hazırda 14 bələdiyyənin 107.678 manat DSMF borcu var. Diqqəti bir məqama da çəkmək istərdim.

Bəs Quba bələdiyyələri son bir ildə DSMF-yə cari və kohnə borcun silinməsi ilə bağlı nə qədər vəsait ödəyib? Bələdiyyələrdən aldığımız digər  məlumata görə, 01 yanvar 2022-ci ildən bu günədək 14 bələdiyyə tərəfindən 86.717 manat vəsait ödənib. Yəni bələdiyyə sədrləri tərəfindən borcun bağlanması üçün ciddi addımların atıldığı göz önündədir. 

Gəlin unutmayaq ki,  bələdiyyələrin hazırki sədrləri, əvvəlki illərdə, xüsusən də 2010-cu ilədək işləyən bələdiyyə sədrlərinin,  həm də o illərdə DSMF-də çalışan məmurların məsuliyyətsizliyi ucbatından yaranmış borcun silinməsinə bu gün  “canı dildən” çalışırlar.

Sözsüz ki, Adminstrasiyanın müvafiq sektorunun, Ədliyyə Nazirliyinin müvafiq qurumlarının və bir çox RİH- lərin borcun silinməsini daim diqqətdə saxlamaları da təqdirəalyiq haldır.

Beləliklə, problem öz həllini tapmasa bələdiyyələr növbəti çətinliklə üz-üzə qala bilər. Gəlin belə çətin bir vəziyyətdə bələdiyyələrin fəaliyyətinə dəstək olaq və borcun silinməsinə şərait  yaradaq.

Düşünmək olar ki, Dövlət Vergi Xidmətinin əməkdaşları bu işdə humanist addım atmaqla, həm də bələdiyyələrin fəaliyyətinə  dəstək vermiş olacaqlar.

Vüqar Tofiqli

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz