Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-10-2024 , 09:48

428

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə hərəkətdə olan velosiped kimidir, onu dayandırmaq olmaz

Prezident İlham Əliyevin pəhbərliyi ilə sosial iqtisadi inkişafın daha bir mərhələsinə qədəm qoyan ölkəmizdə bütün sahələr yeniləşir  və hərtərəfli  irəliləyiş aydın  şəkildə nəzərə  çarpır. Bu baxımdan dekabrda  5-ci fəaliyyət  dövrünü başa vuraraq, yeni seçiləcək yerli özünüidarə  qurumu olan bələdiyyələrin də  üzərinə mühüm vəzifələr düşür.

 Bakının Suraxanı  rayonundakı Qaraçuxur bələdiyyəsinin də  təbii ki, bu inkişafda müəyyən payı var. Bələdiyyə  mövcud şəraiti düzgün  qiymətləndirərək ərazidə yaşayan əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün öz imkanlarından maksimum istifadə edir. Bəs, bunun üçün  bələdiyyə  gündəlik fəaliyyətini və  gördüyü  işin mexanizmini  necə  qurur, əhali ilə əlaqələri hansı  müstəvidə yerinə yetirir, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq  üçün nə edir, problemlərini nə dərəcədə həll edə  bilir? Sualın cavabını bələdiyyə sədri İxtiyar Nəcəfovdan öyrənmək üçün ona müraciət etdik. 

Məlum oldu ki, Qaraçuxur bələdiyyəsində yerli iqtisadi inkişaf proqramı çərçivəsində görülən işlər hər zaman qəsəbə sakinlərinin ürəyincə olur. Çünki bu, onların əsas vəzifəsidir. Konkret faktlara müraciət edək: Yeni Günəşlidəki "Ana bala" parkına aqlay və tamet daşlar döşənib, bardürlər yenilənib. Bəzək kolları və həmişəyaşıl ağaclara qulluğun nəticəsidir ki, həmin bitkilər gözəlliyini və təravətini saxlayıb, gəzintiyə gələn hər kəsin gözünü oxşayır. Qaraçuxur qəsəbəsindəki R. Əlicanov  və Mədən küçələrindəki məhəllədaxili yollara asfalt örtüyü çəkilib. Sakinlərin xahişi ilə Yeni Günəşli "D" yaşayış sahəsində 2-ci binanın qarşısndakı qurumuş nəhəng qovaq ağacı kəsilib, həmçinin ətraf ərazidə təmizlik işləri aparılıb. "Vətən şəhidləri unudulmur" parkında, "Veteranlar" xiyabanında qurumuş ağac budaqlarının təmizlənməsi və yaşıl otların biçilməsi, C. Qurbanov adına küçədə "Şəhidlər bulağı" abidəsinin ərazisinin abadalaşdırılması, bəzək ağacları və gül kollarının əkilməsi, eləcə də yeni su xəttinin çəkilməsi ilə yanaşı təmir-tikinti işlərinin aparılması Qaraçuxur bələdiyyəsinin gündəliyində dayanan işlərdəndir. 

Mədən küçəsi 1 və 2, eləcə də Kərimzadə adına küçədə yaşayan sakinlər qış aylarında gediş-gəliş sarıdan çətinlik çəkirdilər.  Yağış, qar yağanda yaranan problemlər bələdiyyə sakinlərini çox narahat edirdi. Qaraçuxur bələdiyyəsi bu problemi də aradan qaldırmağı bir vəzifə olaraq ilin əvvəlindən qarşısına qoydu. Qısa müddət ərzində həmin ərazidə yollara asfalt örtüyü çəkildi. Etibar Bəkirli 40/10, 42/1, 42/7,  48/2 və 48b ünvanında yaşayan sakinlərin də sevincinə səbəb olan işə qol qoyan bələdiyyə burada da daxili yollarda abadlıq və təmizləmə işi apararaq, sakinlərin və avtomobillərin hərəkəti üçün yaranan problemi aradan qaldırdı. 

Bələdiyyədə müntəzəm olaraq, sakinlərlə  səyyar və qapalı görüşlər keçirilir. Və bu görüşlər zamanı müzakirə olunan bəzi problemlərin həlli istiqamətində görülən işlər müsbət nəticəsini verir. Bələdiyyə qulluqçuları və üzvləri gəncləri hər zaman diqqətdə saxlayır. Onlarla keçirilən görüşlərin mövzusu gənclərin yerli məsələlərin həllində vətəndaş fəallığının artırılması,  bilavasitə yerli problemlərin həllində iştirakının təşviq edilməsi olur. Yerli özünüidarəetmədə onların iştirakını təmin edən məsələlərə aydınlıq gətirilir.

İxtiyar müəllim yerli idarəetmə qurumunun durmadan çalışdığını söyləyərək qeyd etdi ki, bələdiyyə elə bir sistemdir ki, 3-5 gün fəaliyyətini dayandırsa, onun yoxluğu həmin günlərdəcə hiss olunar: "Mən deyərdim ki, yerli idarəetmə qurumu velosipedə bənzəyir. Bu velosiped hərəkətini dayandırdımı, yenidən hərəkətə gəlib uzun məsafə qət etməsi xeyli zaman alacaq. Elə etmək lazımdır ki, qarşıdakı məsafəni qət etmək üçün  bir an belə dayanmayasan, həm də elə hərəkət edəsən ki, vaxtında mənzil başına çata biləsən". 

Sədr hələ də qəsəbədə digər vacib  və həllini gözləyən məsələlərin olduğunu təəssüflə bildirdi: "Bunlar o məsələlərdir ki, onların həlli üçün xeyli maliyyə  vəsaiti tələb olunur. Lakin bələdiyyənin büdcəsi imkan  vermir ki, biz bu  məsələləri birdəfəlik həll edək. Hələ də qəsəbə əhalisini narahat edən xeyli problem var. Əvvəla, sakinlər bələdiyyə vergilərinin verməkdə fəallıq nümayiş etdirmirlər. Üstəlik də bir çox yaşayış evlərinin qeydiyyat sənədi olmadığı üçün həmin ev sahibləri bələdiyyə vergisini verməkdən imtina edirlər. Bu və digər səbəblərdən bələdiyyə büdcəsinə  çox az vəsait toplanır. Əgər vətəndaşlar vergiləri vaxtında və lazımınca ödəməsə onda bizim də bir bələdiyyə kimi fəaliyyətimizdə çətinliklər yaranır.  Yerli vergilər (bələdiyyə vergiləri)  dedikdə fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi nəzərdə tutulur. Bu vergi və ödənişlər bələdiyyə büdcəsinə yığılsa bizim görəcəyimüz işlər əhalini razı salar və onları narahat edən məsələlər də öz həllini tapmış olar. Amma inanıram ki, zaman-zaman Qaraçuxur bələdiyyəsinin qarşısını kəsən çətinliklər aradan qaldırılacaq. Çünki  idarəçilikdə asan bir iş yoxdur.  Qarşıda illər var, görəcəyimiz çoxlu sayda işlər  bizi  gözləyir. Biz  bu işləri görmək, qəsəbə sakinlərinin rifah halını yaxşılaşdırmaq, etimad  göstərib səs verdikləri şəxslərin heç də  boş durmadıqlarını görmələri  üçün əlimizdən gələni etməliyik".

https://olaylar.az/news/sosial/574448


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər