Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-10-2024 , 18:57

685

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əsas məqsədimiz vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır

 2024-cü ilin 9 ayı ərzində Şüvəlan bələdiyyənin fəaliyyəti aşağıdakı vəziyyətdə olmuşdur.

Müxtəlif idarə və təşkilatlara göndərilən sənədlərin sayı 94, daxil olan sənədlərin sayı  59, daxil olan ərizələrin sayı 100, müxtəlif  yerlərə təqdim etmək üçün arayışların sayı  103  olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 102 nəfər vətəndaş qəbul edilmişdir. Qanunvericiliyə uyğun şəkildə vətəndaşların müraciətlərinə baxılmış, müvafiq tədbirlər görülmüşdür.

2024-cü ilin 9 ayı ərzində yerli vergi ödəyicilərindən büdcə gəlirləri  130659.99 manat  təşkil etmişdir.

O cümlədən;

- əmlak vergisi: 92463.40 manat;

- torpaq vergisi: 27796.59manat;

-  dotasiya: 10400.00 manat;

2024-cü ilin 9 ayı ərzində xərclər isə 108155.50 manat təşkil etmişdir.

O cümlədən:

-  Bələdiyyə işçilərinə əmək haqqı ödənilməsinə - 54160.47 manat;

-  Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalar – 15630.71 manat;

-  Bələdiyyə işçilərinin əmək haqlarından həmkarlara tutulma – 1240.76 manat;

-  Bələdiyyə işçilərinin əmək haqlarından “Silahlı Qüvvələr Yardım  Fonduna” tutulma – 620.37 manat;

- İcbari tibbi sığorta – 2481.52 manat;

- Işsizlikdən sığorta – 620.38 manat

- Kommunal xidmətinin ödənilməsinə  - 329.40  manat;

-  Abadlıq təmizlik işlərinə - 8967.84 manat;

- Mədəni kütləvi bayram tədb və s bağlı xərclər-9691.60

-  Mətbəə - 206.50

-  Rabitə xərcləri –  480.60  manat;

-  Milli Assosiasiyaya ödənişlər (üzvlük haqqı) –  1350 manat;

-  Bank xidməti haqqı – 661.31 manat;

-Poçt xidmət haqqı – 228.00 manat;

-  Abunə – 454.20  manat;

-     Maddi yardım –  6412.81 manat;

--        Sair xərclər –  4619.03 manat

Şüvəlan qəsəbəsi Şimal DRES, Lev Starçuk küçəsi 17  ünvanında yerləşən uşaq meydançasının kənarında 1 ədəd köküstə tam qurumuş şam və 78 nömrəli körpələr evi- uşaq bağçasının həyətində  olan  2 ədəd  köküstə tam qurumuş şam ağacının,  Şüvəlan qəsəbəsinin Almas İldırım küçəsi 62 ünvanında yerləşən yaşayış binasının qarşısındakı yaşıllıq sahəsində və Şüvəlan qəsəbəsi,  Şimal Dres Lev starçuk küçəsi  14-16-18-20-2-4-6-8-10 saylı binaların həyətində abad məhəllə layihəsi çərçivəsində aparılan işlərlə əlaqədar köküstə qurumuş ağacların götürülməsnə dair Bakı şəhər Yaşıllaşdırma Təsərüfatı Birliyinə müraciət olunmuşdur.

        Şüvəlan qəsəbəsi  Mikayıl Müşfiq küçəsi, döngə 3 ünvanında  məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərin ətrafında da təmizlik və abadlıq işləri görülmüşdür.

Respublikamızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də küçə, park, məhəllələrin abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Belə ki, avqust ayında Şüvəlan qəsəbəsi Mayak bağları ərazisində abadlıq və quruculuq işləri görülmüşdür.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində bələdiyyə işçiləri aktiv iştirak etmiş, Şüvəlan qəsəbəsi ərazisində yaradılmış seçki məntəqələrində işləyən şəxslərə nahar yeməyinin verilməsi təmin edilmişdir.

 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublıkası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkilərində seçki məntəqələrində fəaliyyət göstərən şəxslər seçki günü bələdiyyə tərəfindən nahar yeməyi ilə təmin edilmişlər

 Şüvəlan qəsəbəsi yeni yaşayış massivində bir neçə küçələrin adlarını  göstərən lövhələr quraşdırılmışdır.

 Novruz bayramının yüksək səviyyədə keçirilməsi məqsədi ilə qəsəbədə abadlıq işləri görülmüşdür. Bundan əlavə ənənəvi olaraq qəsəbənin aztəminatlı ailələrinə

(şəhid ailələrinə, qazi və müharibə iştirakçılarının ailələrinə) bayram sovqatı paylanılmışdır.

 Ramazan bayramı ilə əlaqədar bələdiyyənin inzibati ərazisində yaşayan 40 aztəminatlı ailəyə və Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş 2 nəfərə ərzaq yardımı edilmişdir.

 Qurban bayramı ilə əlaqədar 50 aztəminatlı ailəyə bayram sovqatı paylanmışdır.

2024-cü ilin 9 ayı ərzində 17 nəfər aztəminatlı ailəyə maddi yardım və 53 ailəyə ərzaq yardımı edilmişdir.

Şüvəlan bələdiyyəsində qeydiyyatda olan bəzi torpaq və əmlak vergisi ödəyicilərinin yüksək məbləğdə borcları yarandığı üçün 27 nəfər ödəyicinin yaranmış borcunun məcburi qaydada alınması məqsədilə, müvafiq İcra  şöbəsinə  müraciət edilmişdir. Vergi ödəyicilərindən bir daha xahiş edirik ki, əmlakm və torpaq vergilərini vaxtında ödəsinlər ki, özlərinin də üzləşdikləri problemlərin həlli sürətlənsin.

Bələdiyyənin vergi xidmətinin fəaliyyəti sayəsində ötən illə müqayisədə doqquz ay ərzində büdcə gəlirlərində 2.2 dəfə artım müşahidə olunub. Məhz bu artım sayəsində cari ildə həyata keçirilən layihələrin sayı da artıb.

Əsas məqsədimiz vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır.   

 

T.B.Süleymanov           

Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri                                          

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər