Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-06-2023 , 19:53

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Etibar Cabbarov:  “Bələdiyyə tərəfindən həyata keçirilən layihələrdə daim Binəqədi RİH-in dəstəyini hiss edirik”

Etibar Cabbarov:  “Bələdiyyə tərəfindən həyata keçirilən layihələrdə daim Binəqədi RİH-in dəstəyini hiss edirik”

“Binəqədi rayonu Biləcəri bələdiyyəsi ciddi maliyyə sıxıntısyla üz-üzə qalsa da, bu gün daxili imkanları hesabına  qəsəbədə şəhidlərin xatirəsini əziz tutaraq ciddi layihələrin icrasını həyata keçirir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Etibar  Cabbarov bildirib.

Sədrin sözlərinə görə, Binəqədi RİH-in təşəbbüsü ilə şəhid Teymur Yaqubovun barelyefi aqlaqla üzlənmiş  və ətrafı abadlaşdırılmışdır. Bununla yanaşı qəsəbədə yerləşən Şəhidlər xiyabanına sakinlərin rahat hərəkəti üçün ikinci giriş qapısının açılışı həyata keçirilmiş  və ərazidə kompleksin inşası həyata başa çatdırılmışdır.  Bununla yanaşı Şəhidlər xiyabanında  genişməzmunlu  layihənin icrasına start verilmişdir.

Bunun üçün ərazidə şəhid lövhələri təmir edilmiş və 300 kvadrat.metr əraziyə tamet döşənməsinə başlanılmışdır. Yaxın günlərdə layihənin icrası başa çatdırılacaqdır.

Biləcəri bələdiyyəsi həmçinin  ərazidəki körpüdə cari təmir işləri aparmış, ərazinin işıqlandırılmasında mövcud problemlərin həllinə dəstək göstərmişdir.

Sədr daha sonra bildirib ki, görülən işlərlə yanaşı bələdiyyə əhalinin imkansız və aztəminatlı ailələrinə qayğı  və diqqəti əsirgəmir. Bu istiqamətdə şəhid və qazi  ailələrinə xüsusi önəm verilir. Bələdiyyə tərəfindən həyata keçrilən layihələrdə daim Binəqədi RİH-in dəstəyini hiss edirik.

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər