Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-06-2023 , 22:15

Son xəbərlər

Bütün xəbərlər

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tədbir Balaxanı qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə  keçirilib 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti MMC-nin təşkilatçılığı, Balaxanı qəsəbə bələdiyyəsinin dəstəyi və Sabunçu rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin iştirakı ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirildi.

Festivalda müxtəlif yaş qruplarından olan uşaqların hazırladıqları əl işləri, rəsm əsərləri sərgiləndi və müxtəlif idman növləri üzrə bacarıqlar nümayiş etdirildi.

Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət mərkəzinin sənətkarları uşaqlar üçün dulusçuluq, keramika və rəngkarlıq üzrə master klasslar təşkil etdi.

Festival rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdlərinin təqdimatında dünyanın müxtəlif ölkələrinin və ölkəmizdə yaşayan azsaylı xalqların folklorunu əks etdirən mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam etdi.

Bakı Abadlıq Xidməti MMC tərəfindən festivalda iştirak edən bütün uşaqlara hədiyyələr təqdim olundu



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər