“ADA Universitetinin tələbələri Nərimanov bələdiyyəsində təcrübə keçirlər”
Bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.
Sədr
bildirib ki, təcrübənin Nərimanov bələdiyyəsində keçirilməsinin əsas məqsədi gələcək menecerlərin
ali təhsil müəssisələrində aldıqları nəzəri bilikləri real tədris şəraitində tətbiq
etmək, praktiki bacarıqlar qazanmaq, onların peşə qabiliyyətlərini yüksəltməkdən
ibarətdir.
Təcrübə zamanı tələbələr təhsil aldığı ixtisasın istiqamətlərindən, xüsusiyyətlərindən asılı olaraq bələdiyyədə yeni texnologiyalarla, iş üsulları və təhsilin müasir tələbləri ilə tanış olacaq, qazandıqları bilikləri bacarıqlara çevirmək imkanı əldə edəcəklər.
Belediyye.info
Rəylər
0 Rəy