Sədr müavini: “Sənədsiz əmlak probleminin həlli bələdiyyənin gəlirlərinin bir neçə dəfə artmasına səbəb olacaq”
“Bu gün Türkan bələdiyyəsinin əsas vəzifəsi qəsəbə ərazisindəki vergi ödəyicilərinin qeydiyyata tam şəkildə alınmasını təmin etmək, torpaq və əmlak vergisindən daxil olan vəsaitin həcmini artırmaqdır”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Türkan bələdiyyəsinin sədr müavini Tehran Rəhmanov bildirib
Sədr müavini bildirib ki, hazırda Türkan bələdiyyəsində orta aylıq əmək haqqı 420 manatdır. Büdcə gəlirlərini artırmaqla bələdiyyə qulluqçularının da əmək haqqını yüksəltmək imkanı olacaq.
Ancaq büdcə gəlirlərinin artırılmasında sənədsiz mənzil probleminin həlli də müəyyən məna da təsir göstərəcəkdir. Sənədləşdirmə işlərinin aparılması bələdiyyənin gəlirlərinin bir neçə dəfə artmasına səbəb olacaqdır.
Rəylər
0 Rəy