Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-01-2025 , 19:55

201

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Namizədlər bu rayonda şəhid ailələri ilə görüş keçiriblər

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yasamal  rayonu, Yasamal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının  namizədlərinin şəhid ailələri ilə görüşü keçirilib.

İlk olaraq şəhid Mustafayev Nurlanın ailə üzvüləri ilə YAP Yasamal  rayon təşkilatının rəsmiləri və YAP-ın namizədləri tərəfindən ziyarət olunub.

Ziyarət zamanı namizədlərdən Tahir Məmmədov , Pinar Qulamova , Fuad Mirələmov, Bəhram Şeydayev  və təşviqat qrupunun üzvləri bildiriblər ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz düşmən tapdağı altında olan bütün ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. 

Daha sonra şəhid Salahov Elvingildə keçirilən görüşdə  Tahir Məmmədov, Bəhram Şeydayev, Rübabə Əliyeva, Fuad Mirələmov iştirka ediblər. 

Görüşlərdə  dövlətin  şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edilib.

Görüşlər zamanı seçicilər YAP-nın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər