Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2024 , 19:14

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədrlərinin iştirakıyla müsabiqə qalibləri ziyarət olunub

"15 may-Beynəlxalq Ailə Günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon bələdiyyələrinin təşkilatçılığı ilə “Mənim mehriban ailəm” mövzusunda foto müsabiqə keçirilib.  Müsabiqənin şərtlərinə əsasən, rayon sakinləri ailə üzvləri ilə birgə çəkilmiş fotolarını təqdim edərək Sabunçu Rayon İcra Hakimiyyətinin Facebook sosial şəbəkə hesabında keçirilən foto müsabiqəyə qatılmışlar. Nəticədə, fotolar arasından ən çox bəyənmə toplayan Sadıqovlar ailəsi birinci, Həsənovlar ailəsi ikinci və Novruzovlar ailəsi üçüncü yeri qazanmışdır.

15.05.2024-cü il tarixdə iştirakçıların yaşadıqları yer üzrə Sabunçu rayonu Sabunçu,  Bakıxanov və   Maştağa qəsəbə Bələdiyyə sədrlərinin,  Sabunçu RİH-başçsının adıçəkilən qəsəbələr üzrə inzibati ərazi dairələri üzrə nümayəndələrinin və  qəsəbə  ağsaqqallarının iştirakı ilə qalib ailələr ziyarət olunaraq "15 may-Beynəlxalq Ailə Günü” münasibətilə keçirilən foto müsabiqədə fəal iştirak etdikləri üçün hər bir ailəyə hədiyyələr təqdim edilmişlər.

 Belediyye.info