Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-05-2024 , 18:46

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlfəddin Həsənov: “İnteqrasiya səbəbindən büdcə gəlirlərimiz 15 faizədək artıb”

“Bu gün Sabunçu bələdiyyəsinin əsas fəaliyyəti büdcə gəlirlərini artırmaqla  vətəndaş məmnunluğunu təmin edilməsinə yönəlib”- bu fikirləri Sabunçu rayonu Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri VüqarTofiqlinin iştirakıyla keçirilən görüşdə bildirib. 

Görüşdə bələdiyyənin ümumi şöbəsinin müdiri Hüseyn Nəcəfov, bələdiyyənin mühasibi Səyyarə Əliyeva və mühasib Təranə Yaqubova iştirak edib.  

Ötən ilin sönlarından başlayaraq  bələdiyyələrin vergi uçotu yenilənmiş BAMS üzərində qurulub. Yenilənmiş BAMS proqramı bizə fəaliyyətimiz üçün daha geniş imkanlar açır.

Hazırda Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun təşkilatçılığı, milli bələdiyyə assosiasiyalarının və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin yaxından iştirakıyla  yenilənmiş BAMS proqramının Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi Sabunçu bələdiyyəsinin büdcə gərirlərinin artımına ciddi şəkildə  öz təsiri göstərib. 

Sədr bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin dörd ayı ərzində büdcə gəlirlərində 15 faizədək artım müşahidə olunub. 

Büdcə gəlirlərinin artmasının digər bir səbəbi də vergi şöbəsində SMS xidmətinin tətbiqidir. Ay ərzində 2000 nəfərə yaxın vergi ödəyicisinə vergi ödənişi haqqında məlumatlar göndərilir. Məhz bələdiyyənin vergi xidmətinin bu addımları büdcə gəlirlərinin artımına öz təsirini göstərib. Nəticə etibarylə qəsəbədə həyata keçirilən layihələrin həcmi də artıb. 

Görüşdə sədr qeyd edib ki,  Sabunçu bələdiyyəsində vergi-uçot sistemi müasir standartların tələblərinə uyğun olaraq qurulub. Hazırda qəsəbə ərazisində olan 10 minə yaxın vergi ödəyicisi haqqında məlumat BAMS proqramına yerləşdirilib. 

Görüş iştirakçıları bələdiyyə tərəfindən sosial məsələlərə, o cümlədən, aztəminatlı ailələrə, xüsusilə şəhid və qazi ailələrinə daha çox diqqət yetirildiyini qeyd etdilər. Bundan başqa Sabunçu Bələdiyyəsinin inzibati ərazisində yaşayan  şəhid  və qazi ailələrinə, aztəminatlı və əhalinin həssas təbəqəsinə tərəfimizdən milli bayramlar  və əlamətdar tarixi günlərdə ərzaq sovqatları və maddi yardımlar edildiyi bildirildi. 

Bununla yanaşı ərazidəki qəbirstanlıqların təmizliyi, ərazilərdə səliqə-səhman yaradılması da diqqət mərkəzində saxlanıldığı qeyd edildi. 

Belediyye.info