Tədbir Səbail bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib
Səbail bələdiyyəsi tərəfindən 50 nömrəli məktəbdə “Narkomaniyaya yox deyək”mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Səbail bələdiyyəsinin təmsilçiləri, klinik psixoloq Nərmin Kərimova, o cümlədən məktəbin şagird və müəllim kollektivi, eləcə də valideynlər iştirak edbilər.
Səbail Bələdiyyəsinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri Xatun Kərimova tədbirdə çıxış edərək narkotik vasitələrin zərərləri, onların yaratdığı ağır nəticələr, həmçinin hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə həmçinin qeyd edilib ki, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi və sağlam inkişafı istiqamətində ölkədə həyata keçirilən islahatlardan, eləcə də narkotiklə bağlı qəbul olunmuş 2025–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramında öz əksini tapıb.
Tədbir çərçivəsində mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilmişdir.
Sonda mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info
Rəylər
0 Rəy