Bələdiyyə sədri: "Qurban payı gün ərzində bələdiyyə üzv və qulluqçularının iştirakıyla paylanılıb"
"İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramı münasibətilə Qaraçuxur qəsəbəsində nəcib aksiya baş tutub"- bu fikirləri Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən görüşdə deyib.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Qaraçuxur bələdiyyəsinin təşkilatçılığı ilə ehtiyacı olan vətəndaşlara və aztəminatlı ailələrə Qurban əti sovqatları paylanılıb.
Sədr iclasda qeyd edib ki, keçirilən tədbirdə qəsəbənin şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə, sosial cəhətdən həssas ailələrə, tənha şəxslərə və əlillərə Qurban payları təqdim edilib. Qurban payı gün ərzində bələdiyyə üzv və qulluqçularının iştirakıyla paylanılıb, yaşlı və ahıl insanlara isə qurban payları ünvanlarına çatdırılıb.
Belediyye.info
Rəylər
0 Rəy