İsrafil Hüseynov: "Sosial dəstək aksiyası sakinlər tərəfindən rəğbətlə qarşılanıb"
"Bu gün Qurban bayramı ilə əlaqədar Xəzər RİH -in təşəbbüsü ilə Buzovna bələdiyəsi şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatları təqdim olunub"-bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov bildirib.
Bayram münasibətilə Buzovna bələdiyyəsinin üzv və qulluqçuları şəhid və qazi ailələrini ziyarət edib, onların bayramlarını təbrik edərək gətirdikləri sovqatlarla ailələri sevindiriblər.
Qeyd edək ki, gün ərzində ümumilikdə 70-ə yaxın ailəyə bayram sovqatı çatdırılıb. Bayram sovqatlarının paylanması zamanı aztəminatlı ailələrə xüsusi diqqət göstərilib və bu sosial dəstək aksiyası sakinlər tərəfindən rəğbətlə qarşılanıb.
Sədr sonda sakinləri bayram münasibət ilə bir daha təbrik etməyi unutmayıb:
" Bu əlamətdar gün münasibətilə Buzovna bələdiyyəsi adından bir daha bütün sakinləri və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, hər bir ailəyə möhkəm cansağlığı, əmin-amanlıq və bol ruzi-bərəkət arzulayırıq. Qurban bayramınız mübarək olsun!"
Belediyye.info
Rəylər
0 Rəy