"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi “Qurban payı” paylayıb

--2021-07-21 / 08:21

Bu ay Zirə bələdiyyəsi qəsəbənin aztəminatlı ailələrinə qurbanlıq ət verilməsi ilə bağlı qərar qəbul etmişdir. Bu qərarın icrası ilə əlaqədar 19-20 iyul tarixində bələdiyyə tərəfindən 130 aztəminatlı ailəyə qurbanlıq ət ayrılmış, hər birinin qapısına fərdi şəkildə gedilmiş və bayram əhval-ruhiyyəsi paylaşılmışdır.
Zirə bələdiyyəsi bütün müsəlmanları təbrik edir, kəsilən qurbanların və edilən duaların qəbul olunmasını arzulayır.

Xəzər rayonu Zirə bələdiyyəsi 

ŞƏRHLƏR