"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi bayram sovqatı paylayıb

--2021-07-21 / 10:27

Yasamal RİH-in təşəbbüsü Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə Qurban bayramı münasibətiylə ərazidəki 2000 Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrinə, qazilərə, iştirakçılarına, habelə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

Ərzaq bağlamaları bələdiyyə üzvlərinin və qulluqçuların iştirakı və bələdiyyə iclasının qərarıyla bələdiyyənin inzibati binasında çeşidlənmiş, siyahi üzrə bələdiyyənin inzibati binasında paylanılmış və hərəkət məhdudiyyəti olan insanların isə mənzillərində təqdim edilmişdir.
Paylanılmada Yasamal bələdiyyəsinn sədri Tahir Məmmədovda yaxından iştiak edərək qazilərlə şəxsən gorüşmüşdür. Onların hər bir ilə söhbətlər aparılmış, bayram günü ilə əlaqədar təbrik edilmiş və bayram sovqatı təqdim edilmişdir.

Belediyye.infoya daxil olan məlumata görə, bu aksiya mütəmadi olaraq Yasamal bələdiyyəsi tərəfindən hər il keçirilir.

Belediyye.info

ŞƏRHLƏR