"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

V.Həsənova: “Bibiheybət bələdiyyəsində əsas prioritet məsələlərin önündə vətəndaş məmnunluğu dayanır.”

--2021-06-25 / 10:54

Səbail rayonunda formalaşdırılan yerli özünüidarəetmə orqanlarından biri də Bibiheybət bələdiyyəsidir. Uzun illərdən bəri fəaliyyəti görünməyən, hər hansı ciddi layihələri icra etmək iqtidarında olmayan bələdiyyənin yeni seçkilərdən sonra formalaşan komandası əhali arasında bələdiyyə haqqında formalaşmış fikirləri dağıtmaq, bələdiyyənin nüfuzunun artması üçün qollarını hamılıqla çırmalayıb işə başlayıblar. Bu gün qəsəbədə hər kəs bələdiyyənin atdığı addımlardan danışır. Əvvəlki illərdə formalaşmış fikirlər artıq keçmişdə qalmaqdadır. Düşünmək olar ki, bu templə getsələr Bibiheybət bələdiyyəsi daha böyük uğurlara imza ata biləcəkdir.

Məhz bizdə bələdiyyənin bu günkü fəaliyyətiylə bağlı fikirlərə aydınlıq gətirmək məqsədiylə Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova ilə görüşüb bələdiyyə ilə bağlı bəzi məqamlara aydınlıq gətirdik.

“Azərbaycanda bələdiyyələrinin vergi sistemi qanunvericliyin verdiyi imkanlar hesabına həyata keçirilir. Əhalidən yığılan əmlak və torpaq vergiləri, qəsəbədə yerləşən mehmanxana və sanatoriyadan yığılan ödənişlər büdcənin əsasını təşkil edir. Lakin Bibiheybət bələdiyyəsinin ərazisinin kiçik olması, əhalisinin sayazlığı bələdiyyənin büdcəsinin formalaşmasında müəyyən maliyyə çətinlikləri yaradır. Məhz maliyyəsizlik bələdiyyə tərəfindən əlavə layihələrinin icrasını sual altına alır.”

Daha sonra bələdiyyənin büdcə gəlir və xərclərinə toxunan sədr V.Həsənova bizimlə söhbətdə Bibiheybət bələdiyyəsinin 2020-ci il üçün büdcəsinin dotasiya ilə birlikdə 11.200 manat təşkil etdiyini bildirdi. Sədrin sözlərinə görə, əsas xərc istiqaməti əhaliyə yardıma yönəlib:

“2020-ci ildən başlayan pandemiya səbəbindən sosial cəhətdən aztəminatlı ailələrə pandemiyanın təsirinin azaldılması məqsədi ilə yardımlar edilmişdir. Daha sonra 44 günlük müharibədə bələdiyyənin qəsəbədən müharibə iştirakçılarının ailələrinə etdiyi yardımlar yer alır. 2021-ci ildən başlayaraq pandemiyanın yumşaldılması səbəbindən büdcə gəlirlərinin ilk 6 ay ərzində dotasiyasız 10.000 manat təşkil etmişdir. Bu gəlirin də əsas istiqaməti Vətən müharibəsi qazilərinə, aztəminatlı ailələrə, təkvalideynli və ya valideynsiz uşaqlara, əlil, doğuşdan qüsurlu uşaqlara edilən yardımlara və əmək haqqına yönəldilib.

Bu gün dayanıqlı maaliyyə istiqamətlərinin yaradılmasına toxunan sədr Bibiheybət bələdiyyəsinin yerləşdiyi ərazinin dayanıqlı gəlirin formalaşması üçün zəruri tələblərə cavab vermədiyini qeyd edib. Digər tərəfdən Bibiheybət ərazisində torpaq sürüşməsinin fəal olması əlavə gəlir yerlərinin formalaşmasına imkan vermir.

Hazırda Bibiheybət bələdiyyəsində əsas prioritet məsələlərin önündə vətəndaş məmnunluğu dayanır. Bu cəhətdən istər bələdiyyə üzvləri, istərdə əməkdaşlar ilk növbədə vətəndaş məmnunluğunun təmin edilməsinə, vətəndaş müraciətlərinin vaxtında baxılaraq cavablandırılmasına yönəlib. Bu sahədə müasir informasiya texnologiyalarından da istifadə etməyə üstünlük veririk. Məlumdur ki, pandemiya dönəmində vətəndaşların qəbul qaydaları məhdudlaşmış, insanların evdən çıxışına müəyyən məhdudiyyətlər yaranmışdır. Bu səbəbdən vətəndaş müraciətləri “qaynar xətt” yaradılaraq mütəmadi qəbul olunmuş, “Facebook” sosial şəbəkəsi və zoom platforması üzərindən müraciətlər qəbul edilmiş, mütəmadi olaraq pandemiya dövründə qəsəbədə bələdiyyə üzvləri və qulluqçuları növbəli sistemlə maarifləndirmə işləri aparmış, tibbi ləvazimatlar paylanmış, əhalinin problemləri və narahatlıqları aradan qaldırılmışdır.

30 ilə yaxındır torpaqlarımızın işğaldan azad edilməsi Vətənimiz dövlətimiz üçün böyük tarixi qələbədir. Şübhəsiz Vətən müharibəsi dövrün də bələdiyyələrində müstəsna xidmətləri olmuşdur. Bibiheybət bələdiyyəsi olaraq bundan sonrada hər zaman bələdiyyələrin fəaliyyətinin inkişaf istiqamətlərinin önündə şəhid ailələri və qazilərimizə yüksək mədəni xidmət dayanacaqdır.    

Söhbətimizin sonunda sədr bələdiyyənin gələcək planlarına toxunmağı unutmadı:

-Bibiheybət bələdiyyəsinin gələcək planlarının əsasını bələdiyyə sakinlərinə daha yaxşı xidmət göstərmək, bələdiyyənin işinin səmərələliyinin artırılması, onların yerli özünüidarədə iştirakını daha da yaxından təmin olunmasına çalışmaq, bələdiyyəmizin inkişaf potensialından istifadə edərək daha da böyük işləri həyata keçirməkdir.

Bu işlərdə bizdə bələdiyyə sədrinə, üzv və qulluqçularına uğurlar arzulayırıq.

Belediyye.info

 

 

 

ŞƏRHLƏR