"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türk Dünyası Bələdiyyələr Birliyində Azərbaycanı kim təmsil edəcək?

--2017-10-26 / 00:04

Türkiyə Respublikasının Qaziantəpə şəhərində  Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Direktorlar Şurasının İclası keçirilib. Bu barədə məlumat Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasından daxil olub

İclasın gündəliyındə duran bir sıra məsələlərlə yanaşı, eyni zamanda TDBB-nin İdarə Heyətində təmsil olunacaq Azərbayçan nümayəndəsi - Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev TDBB-nin və Kocaeli Böyükşəhər bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu  tərəfindən təqdim edilib.

İclasda T.Tağıyev çıxış edərək Azərbaycanda yerli özünüidarəetmə və bələdiyyələrin inkişafı sahəsində aparılan məqsədyönlü  tədbirlər və ölkə bələdiyyələrinin Milli Assosiasiyalarının TDBB ilə gələcək əməkdaşlıq məsələləri barədə məlumat verib.

İclasda gündəlikdə duran  TDBB-nin Ali Müşahidə Şurasının 20 sentyabr 2017-ci il tarixli iclası barədə, TDBB-iin Bosniya və Herseqovina merləri üçün “Yerli özünü idarəetmə orqanlarında inkişaf” mövzusunda təcrübə və bilik mübadiləsi Proqramı barədə məsələlərə və digər məsələlərə də baxılıb.

Qeyd edək ki, idarə heyətinin toplantısına beş ölkənin-Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Cumhuriyyətindən, Qırğızıstan və Monqolustandan olan təsmliçiilər iştirak edib.  

Belediyye.info

P.S.  Bu münasibətlə Təmraz Tağıyevi təbrik edir və türk dünyası bələdiyyə sistemləri arasında daha sıx  əlaqələrin qurulımasında öz layiqli töhvəsini verəcəyinə inanırıq.

 

ŞƏRHLƏR