"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev ölkəmizi beynəlxalq təşkilatda təmsil edəcək

--2021-07-09 / 14:40

 Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Bakı şəhəri Nərimanov bələdiyyəsin sədri Təmraz Tağıyev Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə heyətinə üzv seçilib. Bundan sonra bələdiyyə sədri ölkəmizi beynəlxalq təşkilatda təmsil edəcəkdir.

Təmraz Tağıyev Belediyye.infoya təşkilatın idarə heyətinə üzv seçildiyini təsdiq edib. Ona göstərilən bu etimadı layiqincə doğruldacağını əminliklə ifadə edib.

Qeyd edək ki, 12 noyabr 2003-cü ildə Türkdilli ölkələrin hökümət başçılarının Bakıda keçirilən Zirvə toplantısında Türk Dünyası Bələdiyyələr Birliyinin yaradılması qərara qlınıb. Hazırda 30 ölkədən 1200 bələdiyyə təşkilata üzv seçilib.

Qeyd edək ki, Təmraz Tağıyev həmdə Avropa Şurası Yerli Hakimiyyətlər Konkresində Azərbaycan nümayəndə heyətinin üzvüdür.

P.S. Hörmətli Təmraz Tağıyevi bu seçim münasibətiylə təbrik edir və Azərbaycanı belə səviyyəli bir qurumda yüksək səviyyədə təmsil edəcəyinə inanırıq.

Belediyye.info

ŞƏRHLƏR