"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

T.Həsənov: “Azərbaycanda “Bələdiyyə günü” təsis edilməlidir”

--2021-05-01 / 11:11

“Azərbaycanda “Bələdiyyə günü” təsis edilməlidir. Bu günün təsis edilməsi ölkəmizdə formalaşan 1606 bələdiyyədə formalaşan 15 mindən artıq bələdiyyə üzvünə və altı min nəfərdən artıq bələdiyyə qulluqçusuna göstərilən bir diqqət hesab edilməlidir. Assosiasiyaya daxil olan müraciətlərdən o cümlədən sosial media üzərindən aparılan müzakirələr bizə belə təklifi səsləndirməyə bir növ vadar etdi”- bu fikrləri “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələri” mövzusunda keçirilən videokonfransda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov deyib.

İcra katibi bildirib ki, belə bir günün olması bu sistemlə bağlı olan insanlara fəaliyyətləri üçün həm də bir stimuldur. Fursətdən istifadə edib Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvlərinə müraciət edirəm ki, bu məsələnin həllinə öz dəstəklərini versinlər.

Qeyd edək ki, ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib və 2000-ci ilin yanvar ayında  formalaşdırılan bələdiyyələr fəaliyyətə başlayıblar. 

Belediyye.info

ŞƏRHLƏR