"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şüvəlan bələdiyyəsi aztəminatlı ailələrə bayram sovqatı paylayıb

--2021-07-21 / 18:46

Xəzər rayonunda aztəminatlı ailələrə daim qayğı ilə yanaşılır. Şüvəlan qəsəbəsi ərazisində  50 aztəminatlı ailəyə Qurban bayramı münasibətilə Xəzər rayonu Şüvəlan  bələdiyyəsi tərəfindən bayram sovqatları paylanılıb. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Əlavə edək ki, ərzaq bağlamaları bələdiyyə üzvlərinin və qulluqçuların iştirakı və bələdiyyə iclasının qərarıyla bələdiyyə sədrinin bilavasitə iştirakıyla siyahi üzrə paylanılmış və hərəkət məhdudiyyəti olan insanların isə mənzillərində təqdim edilmişdir.

Onların hər bir ilə söhbətlər aparılmış, bayram günü ilə əlaqədar təbrik edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR