"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsi tərəfindən Vətən müharibəsi şəhidlərinin yaşadığı küçələrdə barelyef qoyulması ilə bağlı müvafiq tədbirləri həyata keçirəcək

--2021-07-18 / 12:32
Vətən müharibəsi şəhidi, ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" görə medalları ilə təltif edilmiş Şəhid Qənbərov Bilalın anası ilə görüş keçirilib. Şəhid anasının müraciəti əsasında yaşadığı küçədə şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün Barelyefinin qoyulacağı küçəyə baxış keçirilib.
Şəhidin ailəsini ziyarət edən Səbail bələdiyyəsinin şöbə müdiri Taleh Mansurov, şəhid ailələri və qazilərlər iş komissiyasının baş mütəxəssisi Hüseyn Qurbanov bələdiyyənin hər zaman şəhid ailələri və qazilərimizin yanında olduğu, onların ehtiyaclarının yerində və operativ şəkildə həll üçün bütün lazımi addımlar atıldığını vurğulayıblar.
Şəhidin anası Gültəkin xanım Prezident İlham Əliyevə, l Vitse-prezident Mehriban xanım Əliyevaya, Səbail rayon icra hakimiyyətinin rəhbərliyinə şəhid ailələri və qazilərə göstərilən diqqət qayğıya görə təşəkkürünü bildirib.
Səbail bələdiyyəsi tərəfindən Səbail rayon icra hakimiyyətinin tövsiyyəsi əsasında vətən müharibəsi şəhidlərinin ailəsinin müraciətləri əsasında yaşadığı küçələrdə xatirələrinin əbədiləşdirmək üçün barelyef qoyulması ilə bağlı müvafiq tədbirlər həyata keçirir.
Sabail bələdiyyəsi
 
ŞƏRHLƏR