"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident Fərmanı bələdiyyələrin də fəaliyyətinə təkan verəcək

--2021-06-26 / 12:48

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi...” (https://president.az/articles/52325) ilə əlaqədar imzaladığı Fərmanla çox ciddi məsələlərin həllinə təkan vermiş oldu. Bu Fərman yəqin ki, həm vətəndaşlarda, həm də bələdiyyələrdə narahatlıq və narazılıq yaradan məsələlərin tezliklə həll ediləcəyinə şəratit yaradacaq.

Söhbət ondan gedir ki, bundan sonra Əmlak Məsələləri Dövlət xidmətinin yerlərdə daha üç ayrı- ayrı və birini qəbul etməyən sturkturu olmayacaqdır. İkinci bir tərəfdən bir sənədin öz həllini tapması üçün daha vətəndaş və bələdiyyələr aylarla və bəzən də illərlə bu qurumlara təpik döyməyəcəklər.

Əlavə edim ki, biz dəfələrlə bu məsələ ilə bağlı həm real vəziyyəti, həm də problemləri ictimailəşdirmişik.(http://belediyye.info/new/details/--6395.htm) Və onu da etiraf edək ki, hazırda bələdiyyələrin fəaliyyətinə bu gün əsas problem yaradan orqan məhz Əmlak Məsələləri Dövlət Xidmətinin yerlərdəki qurumları idi.

Təsadüfdən cari ilin 16 may tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin yeni təyin edilən sədrinə ünvanladığım sualların sonuncusu məhz bu məqama aid idi, yəni:

Sual:”Sizin strukturun yerlərdəki regional idarələrinin, habelə idarə içində olan idarələrin birləşdirilərək bir məkanda təmsil olunmasına necə baxırsınız? Əmlak Məsələləri Dövlət Xidmətinin hazırkı regional idarəetmə qurluşu və fəaliyyəti həm əhali, həm də bələdiyyələr tərəfindən ciddi narazılıqla qarşlanması göz önündədir. Ümumiyyətlə, bu sahədə struktur islahatların aparılması gözlənilirmi?”

Belə hesab edək ki, məktuba ləng cavabın verilməsi məhz bu struktur islahatlarının hazırlanmasıyla bağlı olub. Fərmanda isə birmənalı olaraq qeyd edilir:

- 7.2. Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”;

- 8. Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu Fərmanın 7.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxsin tabeliyinə verilsin.

Demək, Cənab Prezidentin iradəsiylə daha bir problem öz həllini tapmaqdadır. Qalır Fərmandan irəli gələn məsələlərin həllinin sürətləndirilməsi.

Vüqar Tofiqli

 

ŞƏRHLƏR