"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsinin sədrini tanıyaq

--2021-06-19 / 13:54

Yusifov Emin Kərəm oğlu 01 iyun 1996-cı ildə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndində anadan olub.

2001-ci ildə Naftalan şəhər İ.Nəsimi adına 1nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub 2012-ci ildə Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndi Z.Rüstəmov adına tam orta məktəbi bitirib. Həmin ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat ixtisasına qəbul olub.

Tələbəlik illərimdə bir sıra tədbirlərdə yaxından iştirak edib.

2016-cı ildə Universiteti bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yola düşüb.

Hərbi xidmətimi Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun N saylı hərbi hissəsində davam etdirib.

2017-ci ildə hərbi xidmətimi başa vurub. 2017-ci ilin avqustun 15-də Naftalan şəhər İcra hakimiyyəti başçısının Qaşaltı Qaraqoyunlu Kəndi üzrə İcra Ərazi Dairəsində baş mühasib vəzifəsində çalışıb.

2019-cu ildə bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb.

2020-ci ilin yanvar ayının 14-də keçirilən ilk iclasda Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsinin sədri seçilib.

2020-ci il sentyabrın 21-də qismən səfərbərliklə orduya çağırılıb.

Sentyabrın 27-də müzəffər ordumuzun düşmənə qarşı başladığı hərbi əməliyyatlarda könüllü iştirak edib. Dekabrın 31-də ordu sıralarından təxris olunub və işini davam etdirir.

 

ŞƏRHLƏR