"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

N.Nəsirli: “Bələdiyyənin qəbul etdiyi bütün qərarlar sakinlərimizin məmnunluğuna xidmət edir”

--2021-06-03 / 18:48

Abşeron rayonu Fatmayı bələdiyyəsinin ötən il ərzində 63.956 manat büdcə gəliri olub. Bu vəsaitin 9.242 manatı torpaq vergisindən, 13.121 manataı əmlak vergisindən, 38.350 manatı torpaq satışından daxil olub. Bu barədə Belediyye.infoya məlumatı Fatmayı bələdiyyəsinin sədri Nəsir Nəsirli bildirib.

Sədrin sözlərinə görə, bu gün bələdiyyənin qəbul etdiyi bütün qərarlar sakinlərimizin məmnunluğuna xidmət edir. Hazırda qəsəbə ərazisində 3.700 təsərrüfatın 1.200 nəfər bələdiyyə qərarıyla verilib. Sənədsiz mənzilin sayı isə 50-yə yaxındır. Maraqlı odur ki, sənədsiz mənzillərin salındığı ərazilərdə bütün kommunikasiya xəttinin çəkildiyi halda müvafiq qurumlar maraqlanmır ki, bu torpaq kənd təsərrüfatı təyinatlıdır. Bu gün bu problem bir çox bələdiyylərin ərazisində vardır.

Əvvəlki illərdən bələdiyyənin 102 min manat borcundan bu günədək xeyli bir hissəsi artıq tərəfimizdən ödənilib. Olan borcun isə 65 min manatı əməkhaqqı borcu təşkil edirdi.

Ciddi layihələr həyata keçirilməsinə toxunan sədr qəsəbədə bir sıra layihələrin icra edildiyini qeyd edib. Qəsəbə ərazisində Vətən müharibəsi şəhidlərinə həsr olunan “Şəhid bulağı” istifadəyə verilib. Bununla yanaşı İkinci Dünya Müharibəsi qəhrəmanlarına həsr olunan abidə kompleksi və park əsaslı təmir edilib.

Hazırda on nəfər işçimizin üçü bələdiyyə üzvü, qalanı isə qulluqçu kimi çalışır.

Əlavə edək ki, bələdiyyənin doqquz nəfər üzvü var. Qəsəbədə səkkiz min nəfər sakin qeydiyyatda olsa qeyri-rəsmi əhalinin sayı 11 min nəfərə çatır.

Belediyye.info

ŞƏRHLƏR