"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

MSK HƏRƏKƏTƏ KEÇDI: BƏLƏDİYYƏ ÜZVLƏRİNİN VƏSİQƏLƏRİ TƏQDİM EDİLİR

--2021-05-05 / 12:13

Belediyye.info da bələdiyyə üzvlərinə vəsiqələrin bir ildən artıq müddətdə verilməməsiylə bağlı müəllif yazısından sonra (http://belediyye.info/new/details/--6342.htm)  bələdiyyələrdən bu gün daxil olan məlumata görə, artıq MSK bununla bağlı hərəkətə keçib. Yəni bələdiyyə üzvlərinə vəsiqələrin verilməsinə başlanılıb. Geniş rezonans doğuran bu məsələnin hansı səbəbdən ləngidilməsi barədə açıqlama olmasa da,  yazıda qaldırılan məsələlərin tezliklə həll edilməsi hər halda təqdirəlayiq haldır.

Düşünmək olar ki, bələdiyyələrin qaşrılaşdığı digər problemlərdə belə tezliklə öz həllini tapacaq.

Belediyye.info

ŞƏRHLƏR