"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi bayram sovqatları paylayıb

--2021-07-20 / 14:43

Xəzər rayonunda  Vətən müharibəsi şəhidlərinin, qazilərin və iştirakçılarının ailələrinə daim diqqət və qayğı ilə yanaşılır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin, qazilərin, o cümlədən aztəminatlı ailələrə, ümumilikdə 300 ailəyə Qurban bayramı münasibətilə Xəzər rayonu Mərdəkan bələdiyyəsi tərəfindən “Qurban sovqat”ları paylanılıb.

Xüsusiylə qeyd edilməlidir ki, ərzaq bağlamaları üzvlərin və qulluqçuların iştirakı və iclasın qərarıyla bələdiyyənin inzibati binasında siyahi üzrə paylanılmış və hərəkət məhdudiyyəti olan insanların isə mənzillərində təqdim edilmişdir.

Onların hər bir ilə söhbətlər aparılmış, bayram günü ilə əlaqədar təbrik edilmişdir.

Belediyye.info

 

 

ŞƏRHLƏR