"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Həsənov: ““Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin (BAMS) tətbiqi bələdiyyənin maliyyə gəlirlərinin artmasına səbəb olub”

--2021-05-18 / 19:43

“Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin (BAMS) tətbiqi ötən ildən bəri nəticə etibariylə Abşeron rayonu Saray bələdiyyəsinin maliyyə gəlirlərinin artmasına səbəb olub. Bu gün sistemin tətbiqinə təcrübəli və bacarıqlı işçilərin cəlb edilməsinə ehtyac var. Sistemin düzgün və qanunauyğun tətbiqi bələdiyyənin büdcə gəlirlərinin artmasına öz təsirini göstərməkdədir. Bir dəfə uçota alınmış vergi ödəyicisinə artıq növbəti ili üçün bildiriş avtomatik olaraq verilir ”- bu fikirləri Belediyye.infoya açıqlamasında Saray bələdiyyəsinin sədri Məhi Həsənov bildirib.

Sədrin sözlərinə görə, vergi yığımında əvvəlki illərlə müqayisədə ciddi artımlar olsa da bir sıra problemlər öz həllini taparsa büdcə gəlirlərimiz daha çox olar bilər. Belə olan halda bələdiyyəyə müraciət edən hər bir kəsin probleminin də həlli də sürətlənmiş olar.

Bələdiyyəni narahat edən edən əsas problem isə bələdiyyənin xəritəsinin verilməməsidir. Acıq etiraf edək ki, Saray bələdiyyəsinin ərazisində bu gün qeyri-rəsmi 52.000 nəfər sakin yaşayır. Keçmiş sovet dönəmində isə qəsəbə əhalisinin sayı 8000 nəfər yaxın olub. Lakin qəsəbədə əhalinin say tərkibinin dəyişməsi fərdi mənzil tikintisinin artmasına səbəb olub. Odur ki, bir çox hallarda ehtiyacdan əhali mənzil tikintisini ya pay torpaqlarında, ya da kənd təsərrüfatı torpaqlarında inşa edib. Nəticədə isə bələdiyyə bu gün bu mənzillərdən sənədləşdirilmədiyindən əmlak vergisini yığıa bimir. Halbuki proses öz həllini tapmış olsaydı büdcədaxilolmalarının həcmi əlavə olaraq 100 min manat arta bilərdi.

Görülən işlərə toxunan sədr qəsəbə ərazisində “Şəhidlər xiyabanı”nın bələdiyyənin də dəstəyi ilə ciddi şəkildə təmir edildiyini, çoxsaylı küçələrə adların verilməsini, bir çox yeni salınmış adsız küçələrə çınqıl və ya asfalt qırıntısının yayılmasını həyata keçirib. Hazırda qəsəbə ərazisndə bir “Şəhid bulağı”nın inşası həyata keçirilir.

Əgər vergi ödəyicilərimiz məsuliyyətlə vergilərini vaxtında ödəmiş olsalar düşünmək olar ki, problemlərdə öz həllini tədricən tapmış olar.

Perspektiv fəaliyyətə toxunan sədr bildirib ki, bələdiyyənin bu fəaliyyətlərindən biri də qəsəbə ərazisində olan qəbrstanlıqlarda səliqə-səhman işlərinə nəzarət etməkdir. Yeni salınmış qəbrstanlıqda artıq bu prosesə tam nəzarət olsa da, köhnə kənd qəbrstanlığında bunu demək hələ tezdir. Bu gün əsas fikrimiz məhz köhnə qəbrstanlığa hasar çəkilməsini həyata keçirməkdir.

Belediyye.info

ŞƏRHLƏR