"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Eminov: “Büdcə gəlirlərimizin 62 faizi əmlak vergisindən daxil olub”

--2021-07-16 / 19:24

“Binəqədi bələdiyəsinin səmərəli fəaliyyəti nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirlərimizi 65 faizədək artıra bilmişik”- bu fikirləri Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov bildirib .

Sədrin sözlərinə görə, əldə edilən gəlirlərin 62 fazi əmlak verigisndən daxil olub. Belə ki, altı ay ərzində bələdiyyə büdcəsinə torpaq vergisindən 61151.64 manat, bələdiyyə əmlak vergisindən 206723.65 manat, icarə haqqından 54911.35 manat, avtodayanacaqlardan rüsum 7409.6 manat, digər gəlirlər – 2895.77 manat daxil olub. Cəmi ay ay ərində yerli büdcəyə 333092.01 manat gəlir daxil olub.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülməkdədir. Binəqədi rayon İcra şöbəsinə 1030-dan artıq şəxs barəsində müraciət göndərlimişdir. Müraciət nəticəsində icra şöbəsi tərəfindən icra olunmuş aktlar üzrə yerli büdcəyə 30645.45 manat daxil olmuşdur.

Qeyd edək ki, hazırda bələdiyyənin inzibati ərazisində 407 binada 33.870 ev təsərrüfatı və 1694 təsərrüfat subyektləri mövcudddur. Bələdiyyə ərazisində cəmi 35.564 təsərrüfat vardır. Göstərilən 35564 vergi ödəyiciləridən hesabat dövründə 33322 ödəyici vergiyə cəlb olunmuşdur,(bunlardan 1594 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 648 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillərdir.

Sədrin sözlərinə görə əldə edilən maliyyə vəsaiti rayonda aparılan abadlıq-quruculuq işlərinə sərf edilməkdədəir. Məqsədimiz vətəndaş məmnunluğunu təmin etmək və seçicilərimizin qarşılaşdığı problemlərin həllinə təkan veməklə bu istiqamətdə operativliyi artırmaqdır.

Belediyye.info

ŞƏRHLƏR