"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Əliyev: “Bələdiyyə bundan sonra da qəsəbədə abadlıq və səliqə-səhman işlərini davam etdirəcəkdir”

--2021-06-26 / 08:27

Xəzər rayonu Buzovna bələdiyyəsi daha bir layihəni başa çatdırıb. Bu barədə məlumatı Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib. Sədrin sözlərinə görə, qəsəbədəki “Ziyalılar parkı”nda bələdiyyənin təşəbbüsü ilə cari təmir işləri aparlıb. 206 saylı məktəbin qarşısında, Qədəmgah yolu küçəsində yerləşən parkın son vaxtlar ciddi təmirə ehtiyacı olduğundan, məsələ bələdiyyə iclasına çıxarılmış və parkın təmir edilməsi qərara alınmışdır.

Layihə çərçivəsində park kol kosdan təmizlənmiş, yeni yaşıl ot örtüyü salınmış, abidələr bərpa edilmiş və ilkin vəziyyətə gətirilmişdir. Parkın gecə işıqlandırılması da həyata keçirilən addımlardandır.

M.Əliyevin sözlərinə görə, bələdiyyə bundan sonra da qəsəbədə abadlıq və səliqə-səhman işlərini davam etdirəcəkdir.

Bu gün əsas vəzifəmiz yerli vergilərin həcmini yüksəltməklə bağlı əhali arasında maarifləndirmə işlərinə diqqətdə saxlamaqdır.

Əldə etdiyimiz hər bir maliyyə sonda seçicilərimizin problemlərinin həllinə yönəldilir.

Belediyye.info

ŞƏRHLƏR