"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İ.Hüseynli: “Büdcə gəlirlərimizi 22 faiz artıra bilmişik”

--2021-06-03 / 09:11

“Ölkəmizdə koronavirusla mübarizə ilə bağlı tətbiq edilən məhdudiyyətlərə baxmayaraq ötən il büdcə gəlirlərimizi iyirmi iki faiz artıra bilmişik”- bunu Belediyye.infoya Yevlax bələdiyyəsinin sədri İsmayıl Hüseynli bildirib.

Daim bələdiyyənin büdcə gəlirlərini artırmağı qarşıya məqsəd qoyan bələdiyyə sədrinin sözlərinə görə, ötən ildən şəhərdə dayanacaq sisteminin tətbiqinə başlanılıb. Bu gün büdcəyə əlavə olaraq maliyyə vəsaitinin daxil olmasına çalışırıq.

İl ərzində bu istiqamətdən büdcəyə 5 min manat civarında vəsaitin daxil olduğunu bildirən sədr müqavilə üzrə məhz bu sahə ilə bağlı dörd nəfər şəhər sakinin işlə təmin olduğunu qeyd edib.

Maliyyə imkan verdikcə bu sahədə daha müasir yeniliklərin tətbiqinə başlayacağıq.

Hazırda şəhər ərazisində vergi ödəyicilərinin qeydiyyatını davam etdiririk. Nəzərdə tutulan verginin minimum səksən faizini toplamaq niyyətimiz vardır.

BAMS proqramının tətbiqi bələdiyyələrin fəaliyyətinə müəyyən mənada dəstək verir və çalışırıq ki, bütün yenilikləri tətbiq edək və proqramın yaratdığı bütün imkanlardan lazımınca yararlanaq.

Ərazidə mövcud olan iki qəbrstanlığın bələdiyyəyə təhvil verildiyini qeyd edən sədr hər bir halda bu ərazinin təmizliyini də diqqətdə saxladıqlarını bildirdi.

Belediyye.info

 

ŞƏRHLƏR